Beynəlxalq Cinqovanlar Assosiasiyası (The International Association of Exorcists/IAE) Russell Krounun son filmi "The Papas Exorcist"i (Şeytanın düşməni) pisləyib.
Hafta.az-ın yazdığına görə, ötən ay yayımlanan Sony Pictures-in istehsalı olan filmin treyleri onun "Vatikanın Baş Cinqovanı Ata Qabriele Amortun faktiki qeydlərindən götürüldüyünü" iddia edir.
Krou filmin istehsal qeydlərində belə izah edir: “Vatikanda əslində Baş Cinqovan adlı bir ofis var.
Ata Gabriele Amort 36 il bu vəzifədə çalışan və on minlərlə cin çıxarmada iştirak edən əsas şəxsdi.
Amma ötən ay "The Guardian"da dərc olunan bəyanatda Amortun 1990-cı ildə qurduğu IAE, filmi "əsassız ... qəddarlıq kinosu" adlandırıb.
IAE iddia edib ki, Vatikanın sui-qəsdini ehtiva edən filmin ssenarisi "əsas düşmənin şeytan, yoxsa kilsənin gücü" mövzusunda "qəbuledilməz şübhə" yaradır.
Amort 2000-ci ilədək IAE-nin prezidenti olub və 2016-cı ildə ölənədək karyerası ərzində 160 min cinqovma əməliyyatı etdiyini bildirib.
IAE-nin bəyanatı bu cürdür: "Bu, şeytanı qovmanın anormal, dəhşətli və qorxulu bir hadisə olduğuna, şeytanın şiddətli reaksiyaları böyük çətinliklə qarşılana bilən yeganə qəhrəman olduğuna inamı aşılayır. Bu, katolik kilsəsinin göstərişlərinə uyğun olaraq həyata keçirilən cinqovma kontekstində baş verənlərin əksidir".
Qrup, açıqlamalarının treylere cavab olaraq paylaşıldığını ifadə edərək, filmin 7 apreldə mübarək cümə günü dünya miqyasında nümayişindən sonra əlavə şərhlər verəcəklərini, lakin hələlik ikinci açıqlama verilmədiyini söyləyib.